Bu gün “Yeni Müsavat”x9d qəzetinin təsis olunmasından 27 il keçir.
xa0
Qəzet Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranıb. Qeyri-rəsmi, gizli şəkildə fəaliyyət göstərən redaksiya qurulub, ilk nömrə oktyabr ayının əvvəllərində hazırlanıb.
İlk nömrəsi 1989-cu ilin noyabrın 10-da Azərbaycan Xalq Cəbhəsinin Azadlıq meydanında keçirdiyi, 1 milyona yaxın insanın iştirak etdiyi mitinqdə paylanılıb.
xa0
“Yeni Müsavat”x9d hazırda öndə gələn informasiya vasitələrindən biridir.
xa0

Moderator.az xa0“Yeni Müsavat”x9d və musavat.com kollektivini təbrik edir, başda Rauf Arifoğlu olmaqla həmkarlarımıza daha böyük uğurlar arzulayır və Xankəndinin azad olunmasına həsr olunmuş xüsusi buraxılışla millətimizi sevindirmələrini Uca Yaradandan təmənna edirik!































































































