Bakının bu qəsəbəsində sakinlər 30 ildir asvalt yola həsrətdir - VİDEO 

Bakının bu qəsəbəsində sakinlər 30 ildir asvalt yola həsrətdir - VİDEO 

Hazırda oxunan: Bakının bu qəsəbəsində sakinlər 30 ildir asvalt yola həsrətdir - VİDEO 
154729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yağış suları yolları və məhəllələri keçilməz edib.

Bizim.Media xəbər verir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Qulu Quluyev və Elxan Həsənov küçələrindən gedir.

Görüntülər “Xəzər Xəbər”in Qaynar Xəttinə göndərilib. Sakinlər iddia edir ki, məhəlləyə 30 ildir asfalt çəkilmir. Yağış yağanda isə həyətləri gölməçəyə çevrilir.

Sakinlər bildirir ki, yollar bərbad vəziyyətdə olduğundan taksilər də məhəlləyə gəlməkdən imtina edirlər. Uşaqlar isə məktəbə rahat şəkildə gedib gələ bilmirlər.

Problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qəsəbə daxili küçə və yollar növbəli şəkildə təmir olunur. 

Qeyd olundu ki, adı çəkilən küçələrin əsaslı təmiri növbəti illərdə həyata keçiriləcək. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO