Üzeyir bəy 3 stansiyada anılacaq

Üzeyir bəy 3 stansiyada anılacaq

Hazırda oxunan: Üzeyir bəy 3 stansiyada anılacaq

151729
Bakı Metropoliteni QSC sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə sərnişinlər üçün proqram təşkil edəcək.
xa0
Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
xa0
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr - Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb:
xa0
“Bakı Metropoliteni QSC də bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”x9d, “28 May”x9d və “İçərişəhər”x9d metro stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruplarının ifasında musiqi çələngi bəxş ediləcək”x9d.
xa0
Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir sentyabrın 18-də saat 11:00-da “Elmlər Akademiyası”x9d metro stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May”x9d metro stansiyasında, 13:30-da “İçərişəhər”x9d metro stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO