Yeniyetmələrin ümumi BƏLASI – Bel əyrilikləri niyə KƏSKİN ARTIB?  

Yeniyetmələrin ümumi BƏLASI – Bel əyrilikləri niyə KƏSKİN ARTIB?  

Hazırda oxunan: Yeniyetmələrin ümumi BƏLASI – Bel əyrilikləri niyə KƏSKİN ARTIB?  

151468

Son zamanlar gənclər və yeniyetmələr arasında belini əyərək gəzənlərin sayı çoxalıb. Qamətinin pozulması isə ya  telefonla oynayarkən qazandığı vərdişlə, ya da bilmədiyimiz səbəblərdən yaranır. Amma əksər gənclərdə onurğa əyriliyinin olması da faktdır.   

Bəs, bu problem nədən qaynaqlanır?  

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırovun sözlərinə görə, bu səbəbdən müraciət edən xəstələrin 90 faizində D vitamininin kəskin çatışmazlığı müşahidə olunur.   

Həkim qeyd edir ki, bel əyriliyinə səbəb məktəbli çantalarinın ağırlığı və kalsium çatışmazlığıdır:  

“Uşaqların məktəb çantaları həddindən artıq ağırdır ki, bu da bel əyriliyinə səbəb olur. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə ümumiyyətlə insan doğulandan orqanizmin kalsiuma ehtiyacı olur. Çünki kalsium həm sümük, həm əzələ sisteminin və digər orqanların da fəaliyyətində əsas rol oynayır. Amma xüsusilə sklet əzələlərinin fəaliyyətində onun rolu həddindən artıq yüksəkdir.  

Sümüklərdə də D vitaminin yüksək dərəcədə inkişaf çatışmazlığı olanda fiziki gərginliklər başlayır. O gərginlik daimi xarakter daşıyırsa, sümüklərdə deformasiyaya prosesi gedir. Ona görə birinci növbədə bütün poliklinikalarda D vitamini yoxlanılır. Bu vitamin vaxtında qəbul edilsə, orqanizmdə kalsiumun çatışmazlığı olmaz”.   
Həkim onu da  vurğulayıb ki,  bel əyilmələri yeniyetmə dövründə xüsusilə 14-17 yaş arasında insan bədəni o qədər kalsiuma ehtiyac duyur ki hətta kalsiumla dolu qidalar versən belə onu ödəmir. Mütləqdir ki həmin yaş dönəmində kalsium dərmanları qəbul edilsin ki orqanizm onunla təmin olunsun.   

Həkimin sözlərinə görə 14-17 yaş aralığında olan yeniyetmələrin orqanizmi kalsiuma daha çox ehtiyac duyur:   

“İndiyəcən hələ mən görməmişəm ki, bu yaşında yeniyetmələrə kimsə kalsium qəbul etməyi tapşırsın. Halbuki mütləq  qəbul olunmalıdır. Bunu etmədikdə, təbii ki, həm bədəndə hormonal yeniləşmələr, həm də orqanizmdə yenilik əmələ gəlir. Eyni zamanda sümüklərdə kalsium çatışmazlığı ilə bağlı deformasiyalar yaranır. Yeniyetmə dövrü keçəndən sonra görürsən ki, həmin deffekti düzəltmək çətin olur. Yəni nəticə olaraq D vitaminin qəbuluna ciddi yanaşılmalıdır”.  

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO