
- A-
- A
- A+
Biləsuvarda ailə qəzaya DÜŞDÜ: Ölən və yaralananlar var
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarəetdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.
Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Əkbər Əbdülhəsənli və 2021-ci il təvəllüdlü Tuncay Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.
Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N. Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































