Partiya sədrinin oğlu riyazi düstur kəşf etdi və...

Partiya sədrinin oğlu riyazi düstur kəşf etdi və...

Hazırda oxunan: Partiya sədrinin oğlu riyazi düstur kəşf etdi və...

142961
Moderator.az xəbər verir ki, Azadlıq Partiyasının sədri Əhməd Orucun oğlu yeni riyazı düstur kəşf edib.

Partiya sədrinin özü bu barədə məlumat verib:

"Atam Abdul müəllim ölkənin ən tanınmış riyaziyyat müəllimlərindən olub. Tovuz və Qazaxda dərs dediyi 500-dən çox şagird Azərbaycanın, eləcə də digər ölkələrin ali məktəblərini bitirib. Atamın adını daşıyan oğlum Abdul Türksoy yeni riyazi düstur kəşf edib və müəlliflik sertifikatı alıb. Bütün valideynlərə övladı ilə qürur duymasını arzulayıram".

Səbəbkarın özü - Abdul Türksoysa əldə etdiyi nailiyyət barədə bunları bildirib:

"Bu gün mənim yeni yaratdığım riyazi düstur dövlət qeydiyyatından keçib və həmin düstura müəlliflik hüququ almışam. Dünyada bu günə kimi digər sahələrdə bir cox riyazi düsturlar olsa da təqvimin hesablanması ilə bağlı ilk düsturu yaratdığım üçün riyazi qanını daşıdığım əsli - soyuma borcluyam.
İlk öncə hörmətli və dəyərli müəllimim, kitablarından bəhrələndiyim Malik Aranlıya dərin təşəkkürümü bildirirəm. Məntiq elminin inkişafında böyük rolu olmuş müəllimdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO