Prokurorluq Abşeronda baş verən dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI 

Prokurorluq Abşeronda baş verən dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Prokurorluq Abşeronda baş verən dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI 

142442

İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Abşeron rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kişi həyat yoldaşını qətlə yetirdi, 8 aylıq qızını yaraladı


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO