Daha bir tanınmış jurnalist ANS televiziyası ilə yollarını ayırıb.
Moderator.az xəbər verir ki, Ləman Əliəşrəfqızı Feysbuk sosial şəbəkəsində status yazaraq, ANS-dən getmə səbəbini izah edib.
“20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim, şükür Allaha, göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. “Zərdabi mükafatı”x9dnı da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım.xa0
Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin!xa0
Çox yoruldum. Hər şeydən - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”x9d, - deyə Ləman Əliəşrəfqızı yazıb.
Xatırladaq ki, ötən gün xa0tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıb.


































































































