"Faizə girib ibadətə getmək şəriətə ziddir" - İLAHİYYATÇI

Hazırda oxunan: "Faizə girib ibadətə getmək şəriətə ziddir" - İLAHİYYATÇI
139302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Həcc ziyarəti təşkil edən Qafqaz Müsəlmanları idarəsi ilk dəfə olaraq həccin pulunu hissələrlə, kreditlə verilə biləcəyini bildirib.xa0

Dünyanın heç bir yerində analoqu olmayan bu xidmət ilk dəfədir ki, Azərbaycanda tətbiq olunacaq. xa0

İlahiyyatçı alim Əkrəm Həsənov Moderator.az - a açıqlamasında kreditlə həcci absurd adlandırdı:xa0


"Həcc ziyarətinə gedən şəxs borclarını tam ödəyərək getməlidir. Yenidən həm faizə girib əlavə özünə borc yaratmaq, problem çıxarmaq, özünü və ailəsini risk altına salmaq dinimizə ziddir. Bu absurd bir ideyadır. Əksinə, həcc ibadəti zamanı bütün borclar bağlandıqdan sonra həccə getmək lazımdır. Çünki həcc ibadəti ağır ibadətdir. İnsan uzaq səfərə çıxır. Keçən il həcc ibadətində çoxlu xoşagəlməz hadisələr baş verdi. Bu il də heç kim həyatına görə sığortalanmayıb. Bu il də müəyyən hadisələr baş verə bilər. Ona görə harama, faizə girib ibadətə getmək şəriətə ziddir və dinimizdə əsli yoxdur. Dünyəvi cəhətdən də absurd görünür."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO