"Rembo"nun atasından Zakir Həsənova ilginc xahiş...

Hazırda oxunan: "Rembo"nun atasından Zakir Həsənova ilginc xahiş...

136950
Aprel döyüşlərində Talış kəndi istiqamətindəki döyüşlərdə ağır yaralanaraq MN Mərkəzi Hospitalında müalicə alan "Rembo" kimi ad çıxarmış tankçımız Razi Cavadovun atası Vidadi Cavadov yenidən Moderator.az-a üz tutaraq başına gələnləri nəql edib və Zakir Həsənovdan kömək istəyib:

Əgər icra başçısı bizim ermənilərə qarşı döyüşdüyümüzü həzm edə bilmirsə biz işimiz bilək, ailəlikcə xarici dövlətlərin birindən sığınacaq alıb qanımızı axıtdığımız bu torpaqdan köçüb gedək 

3 gün öncə həmin gizli zəng yenə də gəldi. Keçən dəfə sizin saytda da getmişdi ki, gizli nömrədən mənə zəng edən dedi ki, Vidadidir? Mən də dedim bəli. Dedi ki, deyəsən başın bədəninə ağırlıq edir. Dedim əvvəla sənin kişiliyin varsa mənə açıq nömrədən zəng elıə, kim olduğumu sənə sübut edərəm. Gizli nömrə ilə qadın zəng eləyər, get yubka geyin əyninə. Bundan sonra başladım onu söyməyə və mobil telefonu söndürdü. Üstündən bir neçə gün keçdi və həmin məqaləni saytınızda verəndən iki gün sonra yenidən gizli nömrədən zəng gəldi və dedim ki, eşidirəm. Dedi ki, deyəsən bu deyilənlər sənə çatmadı. Bildirdim ki, sən bir açıq nömrədən zəng elə görüm kimsən, nəçisən, gecənin bu vaxtı hansı haqla məni zəng vurub narahat edirsən. Əgər belə cəsarətlisənsə, kişilin çatırsa mənə açıq nömrədən zəng elə danışaq. Başladı hədələməyə və sonda dedi ki, elə etmə səni öldürüb meyitini ermənilərə təhvil verək. Qayıtdım ki, bədənimdə bir kilo qəlpə gəzdiririəm və məni öldürən hələ anasından olmayıb, mən dünyanın hər üzünü görmüşəm və kişi kimi də deyirəm ki, səndən fərqli olaraq mənim də, oğlumun da damarlarından axan qan təmiz azərbaycanlı qanıdır.
Həmin gizli nömrələrdən başqa mənə icra başçısının birinci müavininin Cin nömrəsindən zəng gəlib. Soruşdu ki, hardasan. Dedim Bakıya Müdafiə Nazirliyinin qospitalına oğlumun yanına gedirəm. Dedi ki, yaxşı olardı Bakıya getməzdən əvvəl gələsən bir məsələni aydınlaşdıraq. Dedim nə məsələdir? Dedi vallah bilmirəm, müəllim (başçını nəzərdə tutur) çağırır sizi. Dedim bu günə kimi başçı məni niyə axtarmadı, heç olmasa bir quruca təskinlik vermədi, keçmiş olsun demədi, axı ata-bala bizim qanımız bu torpaqlarda axıb. Bildirdim ki, bütün Azərbaycan əsgər və zabitlərimizi öpüb gözünün üstünə qoyduğu bir vaxtda oğlumun ağır vəziyyətdə ölümlə əlləşdiyi bilə-bilə bizim ailəyə erməni gülləsindən betər təsir edən biganəlik barədə aləmə car çəkəndən sonra xeyirdimi məni axtarır? Başçının müavininə dedim ki, ailəmizə göstərilən bu cür münasibətə görə Ali Baş Komandana teleqram vurmuşam, Həmin telefon danışığından sonra səhərədək oğlumun həyat yoldaşının qohumları vasitəsilə əl-ayaga düşdülər ki, məni sakitləşdirsinlər, onları dilə-dişə salmaqdan çəkindirsinlər. 

Bu mümkün olmadıqda Tapqaraqoyunlunun icra nümayəndəsinə zəng ediblər. İcra nümayəndəsi də mənə zəng elədi ki, icra başçısı mənə tapşırıb ki, gecə saat 1 də olsa onu tap gətir mənim yanıma. İcra nümayəndəsinə etiraz etdim ki, mən cinayətkar deyiləm ki, gecə saat birdə kimsə gəlib məni zorla maşına basıb apara başçının hüzuruna. Yox, əgər məni bir vətəndaşı kimi qəbul edirsə, dəvət etsinlər, mən özüm icra hakimiyyətinə gedərəm. Amma bilirəm ki, başçı özünə rəva bilib məni kimi kasıb bir hərbçini qəbul etməz. Heç onunla qabaq-qabağa gəlsəm də məni tanımaz ki, bu adam həmin yaralı döyüşçünün atasıdır". 

Vidadi Cavadov bildirdi ki, oğlu komadan ayılsa da sol ətrafı işləmir və sol gözü də çıxdığından vəziyyəti qənaətbəxş deyil:

“ Amma həkimlərdən və ona göstərilən qayğıdan tam razıyam. Əllərindən gələni edirlər ki, oğlum vəziyyətdən çıxsın və sağalsın.

Rayonun Balakürd kəndindən daha bir əsgərə qarşı da eynilə bizim ailə kimi biganəlik sərgilədilər. Həsənov Taleh Səbuhi oğlu Razidən 4 gün qabaq həmin tank taborundan tankda yanan 3 nəfərdən biridir. Onları müalicə edib evə buraxdılar. İnanın ki, heç onlarla indiyənədək maraqlanmayıblar. Təsəvvür edin ki, həmin Hüseynov Taleh Səbuhi oğlu yetim uşaqdır, anası rəhmətə gedib, atası da gündə 2-3 manata orda-burda fəhləlik edir, evə çörəkpulunu zorla gətirir. Taleh isə xeyli yanıq xəsarətləri alıb və onu bir aylıq evə məzuniyyətə buraxıblar. Sonradan yenidən hərbi xidmətinə qaldğı yerdən davam edəcək”x9d. 

Sonda Vidadi kişi icra başçısı Nizaməddin Quliyev haqqında Goranboyda uşaqdan böyüyə hamının dilində əzbər olan olduqca ilginc bir əhvalat danışdı. İcra başçısının qəbuluna gələn bir Qarabağ qazisi ilə icra başçısının arasındakı mübahisədən sonra həmin şəxs ailəlikcə gəlir Bakıya Prezident Administrasiyasına və üzləşdiyi münasibəti bildirir. Bakıdan çağırıb başçıya nə təhər təpiniblərsə rayona qayıdanda həmin Qarabağ qazisinin əl-ayağına düşüblər...(Bu haqda sonradan ayrıca material olacaq)

Vidadi Cavadov təkcə onlara deyil, ümumiyyətlə Goranboyda Qarabağda döyüşənlərə münasibətin yaxşı olmadığını deyir:

“Sözümün canı odur ki, Goranboyda müharibə əlillərini, Qarabağ müharibəsi iştirakçılarının adam yerinə qoymurlar. Özü də təsəvvür edin ki, icra başçısı da əslən elə hər gün atəş altında qalan Tapqaraqoyunlu kəndindəndir. Ona görə də başçının Qarabağ uğurunda döyüşənlərə bu cür münasibətini təkcə mən yox, bütün goranboylular anlamaqda çətinlik çəkir.

Mən 24 ildir bədənimdə qəlpə gəzdirirəm və mən də Qarabağ uğrunda qan tökmüşəm, sağlamlığımı itirmişəm, oğlum da indi qospitalda ağır vəziyyətdə yatır, sol gözü yoxdur, sol tərəfi işləmir. Məgər biz Vətən uğrunda döyüşüb cinayət etmişik ki, ailəmizə qarşı belə biganəlik sərgilənir, bununla kifayətlənməyib hələ bizi hədlələyirlər? Əgər icra başçısı bizim ermənilərə qarşı döyüşdüyümüzü həzm edə bilmirsə biz işimiz bilək, ailəlikcə xarici dövlətlərin birindən sığınacaq alıb qanımızı axıtdığımız bu torpaqdan köçüb gedək. 

Mən saytınız vasitəsilə hörmətli müdafiə naziri Zakir Həsənova müraciət edirəm ki, ailəmizin üzləşdiyi bu müsibətə şəxsən münasibət bildirsin və icra başçısı Nizaməddin Quliyevdən hərbçi ailəsinə sərgilən bu biganəliyin hesabını sorsun. Eyni zamanda baş prokuror Zakir Qaralovdan da xahiş edirəm ki, bizim ailəyə gizli nömrələrlə zəng edib narahat edənlərin kimliyini və kimlərin sifarişini yerinə yetirdiklərini tapıb ifşa etməkdə ailəmizə kömək etsin".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO