Vəziyyət o həddə hədəqəsini aşıb ki, insanları rəyinə görə azadlıqdan məhrum etməyə layiq görməkdə davam edirlər. Hazırkı hüquq sistemi sözü, mənəviyyatı, nəsri, nəzmi məhkum etməklə, maddiyyata, mənəviyyatsızlığa, üstəlik, qudurğanlığa yaşıl işıq yanıdırır. Bu mənada, ünlü şair Saday Şəkərlini “gücsüz”x9d qələminə görə 10 il müddətinə məhkum edirlər. Və insanlar, başlıcası isə vətəndaş cəmiyyəti bu mənzərəni yalnız seyr etməklə məşğuldur... Haqsız olaraq siyasətçi, dinçi, aydın, gənc, hətta axtarsaq, yeniyetmə həbsə atılır, cəmiyyətsə gözünü döyməklə gününü döyür. Gərək bu təhdid və təzyiq dolu tərz hər birimizin evimizin kandarında olanda reaksiya verək? Vecsiz halımız küll halında ziyanvericidir. Biz yatan vicdanları, kor gözləri, kar qulaqları ayıqlığa səsləyirik. Öz aydınının haqsız məşəqqətinə bivec nəzərlərlə baxmaqla özümüzün miskinliyimizi qaçılmaz edirik.
Rüfət Səfərov, keçmiş müstəntiq




































































































