"Lələ təpə" uğrunda gedən döyüşdəki qəhrəmanlığına görə təltif edildi

Hazırda oxunan: "Lələ təpə" uğrunda gedən döyüşdəki qəhrəmanlığına görə təltif edildi

136269
Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini, 19 yaşlı əsgər Sərxan Azər oğlu Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Bu gün şəhidin medalı rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə ailəsinə təqdim olunub. Şəhid Sərxan Bağırov "Lələ təpə" yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib. Düşmənə layiqli müqavimət göstərən zaman şəhid olub.(Kəpəz TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO