Biləsuvarda partlayış nəticəsində xəsarət alan daha bir şəxs paytaxt xəstəxanalarından birinə təxliyyə edilib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, 2009-ci il təvəllüdlü F.Əliyeva Biləsuvar
Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb.
Daha öncə onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyyə edilib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - FOTO
Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumatda bildirilir ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu