“Dərmanlarla bağlı inhisarçılığa son qoyulmalıdır” – Komitə sədri

“Dərmanlarla bağlı inhisarçılığa son qoyulmalıdır” – Komitə sədri

Hazırda oxunan: “Dərmanlarla bağlı inhisarçılığa son qoyulmalıdır” – Komitə sədri

130113

“Bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İdxal edilən dərmanların tərkibləri araşdırılsın” – Deputat


Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır: 

“Əgər inhisarçılığa son qoyularsa, rəqabət gücləndirilərsə, bu sahədə azad rəqabət mühiti yaradılarsa, bütün bunlar dərmanların həm qiymətinə, həm də keyfiyyətinə öz təsirini göstərmiş olacaq. 
Bir faktı da qeyd edim ki, qardaş Türkiyə ilə müqayisədə heç bir əlavə xərclər dərmanların qiymətini bu qədər artıra bilməz. Bəzi dərmanların qiymətində o qədər xərclər var ki, səfərə gedəndə tanıyan, bilən zəng edərək xahiş edir ki, filan dərmanı gətirə bilərsən?! Çünki həmin dərmanın ölkəmizdəki qiyməti ilə Türkiyədəkindən ciddi fərq var”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO