Tovuzda 2 minik avtomobili toqquşdu - Xəsarət alan var - FOTO

Tovuzda 2 minik avtomobili toqquşdu - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Tovuzda 2 minik avtomobili toqquşdu - Xəsarət alan var - FOTO

129785

Tovuzda xəsarətlə nəticələnən  yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.  

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil  VAZ 2107 markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq yol kənarındakı avtomobil sexinə çırpılıb. Bu zaman "VAZ 2107"də olan sərnişin, Tovuz rayon sakini, 2001-ci il təvəllüdlü  Amil Hüseynov xəsarət alaraq Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO