Gənclər milli-mənəvi dəyərlərə sahib çıxırmı? – Sorğunun GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ

Gənclər milli-mənəvi dəyərlərə sahib çıxırmı? – Sorğunun GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ

Hazırda oxunan: Gənclər milli-mənəvi dəyərlərə sahib çıxırmı? – Sorğunun GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ
127579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə əhalisinin 48,8 faizi hesab edir ki, indiki nəsil milli-mənəvi dəyərlərə daha yaxşı sahib çıxır.

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticəsində müəyyən edilib.

STM milli ideologiyanın inkişafında siyasi-ideoloji əhəmiyyətə malik olan milli-mənəvi dəyərlərə sahiblik kultunun qorunub saxlanılmasına müxtəlif dövrlərin nəsilləri arasında ictimai baxışın öyrənilməsi məqsədilə rəy sorğusu keçirib.

Bu məqsədlə, respondentlərə “Sizcə, əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissi qorunub saxlanılıb, yoxsa itirilib?” sualı ünvanlanıb.

Sorğuda iştirak edən və müxtəlif nəsilləri təmsil edən respondentlərin təqribən yarısı və ya 48,8 faizi əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin qorunub saxlanıldığı qənaətindədir.

Əvvəlki nəsillərlə müqayisədə indiki nəsil arasında milli-mənəvi dəyərlərə sahiblik hissinin itirildiyini düşünənlər isə respondentlərin 48,3 faizini təşkil edib.

Sorğu iştirakçılarının cüzi hissəsi - 2,9 faizi bu sualla bağlı hər hansı mövqe ifadə etməyib.

Gənclər milli-mənəvi dəyərlərə sahib çıxırmı? – Sorğunun GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ - foto 1

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO