"İşğal altında olan torpaqlarımızda narkotik maddələrin hazırlanması, terror dəstələrinin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu, təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir".
Moderator.az xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev bu gün parlamentin plenar iclasında müzakirlər zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən atom elektrik stansiyasının tullantıları işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırılır: “Azərbaycanın təkidi ilə ATƏT-in Faktr Araşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silhalı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir”x9d. Deputat qeyd edib ki, Azərbaycan bu Konvensiyaya düzəlişi qəbul etməklə sülhün, sabitliyin tərəfdaşı olduğunu göstərib: “Azərbaycan bölgədəki münqaişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin güc tətbiq edilərsə cavab verməyə də hazırdır".
Deputat Azay Quliyev bildirib ki, Konvesniyaya düzəliş elə bir vaxtda qəbul edilir ki, bir neçə həftə sonra Vaşionqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək: “Prezident həmin sammitdə iştirak edəcək. Bu ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı Azərbaycan dövlətçiyliyinin münasibəti və Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qazandığı qiymətdir”x9d.



































































































