Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad olunmuş ərazilərə gediş güclü nəzarətə götürülüb – RƏSMİ
Bizim.Media xəbər verir ki, Tərtər rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media