“Artıq bu Aqil Abbasın yox, sənin günahındır”x9d

“Artıq bu Aqil Abbasın yox, sənin günahındır”x9d

Hazırda oxunan: “Artıq bu Aqil Abbasın yox, sənin günahındır”x9d
119602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Tam təsadüfən oldu bu görüş. Xırdalan şəhərində planlaşdırılan kitab flaşbomu ilə bağlı elanımı oxuyb gəlmişdi...İlk dəfə üz-üzə durub söhbət etdik. İlk dəfə anladım ki, insanı dinləmədən insana qiymət vermək düzgün deyil. Bəli, bilirəm " Aqil Abbas elə deməməliydi"- deyib ittiham edənlər çox olacaq. Açıq etiraf edim ki, mən də ilk əvvəl belə düşünürdüm. Hətta bu düşüncəmə yüklənib onu kəskin tərzdə qınayırdım da... 

Amma sonra anladım ki, "Ölülər"i yazan nahaq, "Allahı qatil edənlər"i yazan qorxaq, "Dolu"nu yazan susqun ola bilməz. Ən azından onu belə adlandırmağa bir susan vətəndaş kimi mənəvi haqqımız yoxdu. Axı niyə bizim millət qəhrəmanını dar ağacında sevir...Niyə " qəhrəmanımız yoxdur"- deyirik. Amma bircə dəfə də olsun özümüzə sual vermirik ki, biz millət olaraq qəhrəmanımızı qoruya bilirikmi... Hələ dar ağacından demirəm ha, adicə daxili sıxıntılardan. Mən şəxsən "Dolu"nu oxuyanda Drakonla Pələngin ölüm səhnəsində hönkürüb ağlamışdım. Yox! Drakona, ya da Pələngə ağlamamışdım. Mən Drakon və Pələng kimi qəhrəmanlar yetişdirən millətin bu gün Qarabağsızlığı həzm etməyinə ağlamışdım. " Kişilər ağlamaz" - deməyək. Unutmayaq KİŞİ Qarabağsızlığa dözməzdi. Kişilər getdi birinci Qarabağ savaşında. Biz Koroğlu nəvəsi deyilik. Biz olsa-olsa keçəl Həmzənin törəməsiyik. Səməd Vurğun necə ki, deyib; Bilsin ana, torpaq eşitsin vətən, Müsəlləh əsgərəm mən də bugündən. O zaman " Bir süngüdür əlimdə qələm"- deyirdi Vurğun. Amma gəlin görək əlində qələmini vətən yolunda süngüyə çevirən yazarımız belə nə qədərdi ? 

"Yeddi oğul istərəm" kinosunda deyildiyi kimi, onsuz da sayımız az, onsuz da həqiqəti yazanımız az... Anlayın qardaşlar qələm sahibinin vəzifəsi uca-uca kürsülərdən yaxa cırıb inqilab və partizanlıq etmək deyil. Qələm sahibinin işi yazmaq, yazmaq, yenə də yazmaqdır! Ancaq haqqı yazmaq! Yazmaq və bu yazılarla milləti muharibəyə hazırlayıb Mubariz kimi mübariz ruhlu qəhrəmanları yetişdirmək üçün Drakon Pələnk kimi sürətləri xalqa tanıtmaqdır. 

Vəfa Quluzadə bir dəfə musahibələrinin birində belə qeyd etmişdi; - Əgər xalq bilsə ki ATƏT-in Minsk qrupu həmsədrləri bizdən nə güzəstlər istəyir, inanın ki, onları daşqalaq edərsiniz. Fransa səfirliyində səfirlik nümayindəsi qızılqırmızı belə dedi:-bizə Siz nə zaman müharibə elədiniz ki, biz qarşınızı kəsdik.Biz ermənilərə yalvarırıq ki, bu yazıqların torpaqlarını qaytarın. İstəmirsinzisə onu da yalvarmarıq. Bax, budur həqiqət ! Oxuyun Aqil Abbasın " Ölülər"ini. Əgər orda yazılanların mənasını dərk etsəniz başa düşəcəksiniz Aqil Abbas nə deyir. İnanın ki, onda ATƏT bir də bu məmləkətə ayaq basmağa cəsarət etməz. Aqil Abbas 2011- ci ildə bunu yazmaqla sizə "oyan!" demirdimi...? Demirdimi oyan, anla, özünə güvən və döyüş tələb et... Sən ayılmadınsa artıq bu Aqil Abbasın yox, sənin günahındır. Aqil Abbasın bir-bir hər insanın qulağına "ATƏT sənə torpaq qaytaran deyil"-deyə qışqırmaq borcu yoxdu ki... Hanı bizim kefli İsgəndər ? Kefli İsgəndər artıq alkaş İsgəndər olub. Bu milət dərdindən "vurmaq"dan amma ayılmır ki, ayılmır. İran Şahı səhv etmirəmsə belə demişdi: " Azərbaycan yatmış şirdir.”x9d Amma 2015 - ci ildə, daha dolğun təsviri İkinci Mahmudun statusunda oxudum. “Azərbaycan yatmış şirdir oyatmayın. Onsuzda oyatsanız gedib o biri tərəfdə yatacaq.”x9d 

Millət, fərdləri ittiham etməyin özünüzü ittiham edin! Siz, eləcə də mən qarışıq biz deyilikmi? “ Yoxdur imzası millətimin, imzalar içində”x9d - deyən Hadini, öz əlyazmalarını satmağa məcbut etdirib acından öldürən millət? Hadi satırdı, amma Aqil Abbas yazır kitab şəklində sizə pulsuz paylamaq istəyir, təki oxuyun millət! Tanıyın kimin kim olduğunu! Musa Yaqubla görüşdə şair belə qeyd etmişdi “Millətin torpağının işğalda olması faciə deyil, millətin ac, işsiz olmasıda faciə deyil. Faciə millətin ziyalısının susqun olmasıdır!”x9d Kim susdurdu millətin ziyalısını? Özümü susdu millətin ziyalısı? Hakimiyyətmi susdurdu?... Tam əminliklə deyirəm millətin ziyalısını elə millət özü susdurdu. Özü öz taleyinə biganə olmaqla. “Əsgərlərimiz ölməsin! Ordu morqa dönməsin!”x9d deyə küçələrə çıxan millət, Aqil Abbas 2010- cu ildə orduda baş verən şərəfsizliklərdən bəhs edən “Allahı qatil edənlər”x9di yazanda niyə onun kitabı sənin stol üstü kitabına çevrilmədi ? Niyə millətin ziyalısının sözünə dəstək vermədin?! Niyə oxumadın bu kitabı? Oxudunsa niyə etiraf etmədin Aqil Abbas əməyini? Oxumadınsa neyə oxumadığın halda “biz də həqiqəti yazan yoxdur”x9d deyib həqiqəti oxumaq istəməməyini yazanın olmaması fonunda gizlətdin? “Gedin AC qalmamaq üçün soğan əkin”x9d deyən Aqil Abbası damğalayan millət anlayın dönüşümüz o torpaqlara dönməkdən keçir. Qarabağa qayıtmaq üçün ilk növbədə işğal olunmuş ərazilərlə sərhəd rayonlarına dönməliyik. Dönməliyik və əkməliyik. Necə ki, Dədə Qorqud deyirdi torpağı əkməsən qorumağa dəyməz, qorumasan əkib becərməyə. İndi də torpaq o zaman vətən olur ki, həm onu qoruyasan, həm də əkəsən, becərəsən.

Manaf Kərimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO