Allahşükür Paşazadə Orxan Əsgərovun yas mərasimində İŞTİRAK EDİB 

Allahşükür Paşazadə Orxan Əsgərovun yas mərasimində İŞTİRAK EDİB 

Hazırda oxunan: Allahşükür Paşazadə Orxan Əsgərovun yas mərasimində İŞTİRAK EDİB 

117436

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edirlər.

Bizim.Media xəbər verir ki, yas mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikoronov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Orxan Əsgərovun nəşi dünən axşam saatlarında Bakıya gətirilib və bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO