Moderator.az xəbər verir ki, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anıldı.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.


































































































