Kürdəmirin mərkəzi küçə və prospektlərinin işıqlandırılması yenidən qurulur - FOTO

Hazırda oxunan: Kürdəmirin mərkəzi küçə və prospektlərinin işıqlandırılması yenidən qurulur - FOTO

115492

Kürdəmirdə şəhərin bütün küçə və prospektlərinin işıqlanmasına işlərinə start verilib. 

Bunu Bizim.Media-nın Aran bürosuna Kürdəmir rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirib. 

Belə ki,rayon icra hakimiyyətinin təqdim etdiyi layihəyə əsasən şəhərin iki-Heydər Əliyev və Bakı prospektləri, üç parkı-Gənc Heydərçilər, 20 yanvar, Şəhidlər xiyabanı eləcə də Aran qəsəbəsi və şəhər ərazisində yerləşən hərbi şəhərciyi daxil olmaqla 118 küçəsində işıqlandırma işləri yenidən qurulacaq. 

Hazırda işlərə başlanılıb və bu işlər ilkin olaraq rayonun Bakı və Heydər Əliyev prospektlərində aparılır və yaxın günlərdə işıq dirəklərinin quraşdırılması işlərinə başlanılacaq. 

Qeyd edək ki, bu işlərin icrası zamanı ümumilikdə Kürdəmir şəhərinin 68 km uzunluğunda ərazisinə 2300-ə yaxın işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Hazırda şəhərin işıqlandırılmasının yenidənqurma və quraşdırma işlərini podratçı təşkilatlar həyata keçirir və bu işlərin icrasına 100-dən çox işçi qüvvəsi cəlb olunub. 
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli börüsuna bildirilib ki, bu işlərin qısa zaman kəsiyində həyata keçiriləcəyi nəzərdə tutulur.  


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO