Azərbaycanda kişi məzun necə “tibb bacısı”x9d oldu  - Açıqlama

Azərbaycanda kişi məzun necə “tibb bacısı”x9d oldu - Açıqlama

Hazırda oxunan: Azərbaycanda kişi məzun necə “tibb bacısı”x9d oldu - Açıqlama

111648
Sosial şəbəkələrdə Lənkəran Tibb Kolleci tərəfindən Anar Quluzadə adlı məzuna verilən diplomun fotosu müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, məsələ burasındadır ki, diplomda kişi məzuna “tibb bacısı”x9d ixtisasının verildiyi yazılıb.

Bir çoxlarının fotoya münasibəti birmənalı olmayıb. Hətta fotonu məsxərəyə qoyub, gülüş obyektinə çeviriblər. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyada “medsestra”x9d ilə yanaşı, “medbrat”x9d ixtisası da var. Bəs Azərbaycanda belə bir ixtisas var? 

Yoxsa “tibb bacısı”x9d ixtisasına ancaq xanımlar yiyələnə bilər?

Səhiyyə Nazirliyi məsələyə rəsmi münasibət bildirib. 

Mətbuat xidmətinin rəhbəri Liya Bayramova modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda “tibb qardaşı”x9d ixtisası mövcuddur:

“Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”x9dnın təsdiq edilməsi haqqında qərarına əsasən, hazırda “tibb bacısı işi”x9d üzrə orta ixtisas təhsili verilir. Səhiyyə müəssisələrində isə “tibb qardaşı”x9d vəzifəsi mövcuddur”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO