“İranda hansısa din adamının bəyanatı bu dövlətin mövqeyi demək deyil”x9d -Mübariz Qurbanlı

“İranda hansısa din adamının bəyanatı bu dövlətin mövqeyi demək deyil”x9d -Mübariz Qurbanlı

Hazırda oxunan: “İranda hansısa din adamının bəyanatı bu dövlətin mövqeyi demək deyil”x9d -Mübariz Qurbanlı

110299
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Nardaran hadisələri zamanı saxlanılan şəxslərin İranda bəzi dairələr tərəfindən qəhrəman kimi təqdim olunmasına münasibət bildirib.
xa0
APA-nın məlumatına görə, M. Qurbanlı deyib ki, Azərbaycan bu cür hərəkətləri pisləyir: “Biz hesab edirik ki, İranın rəsmi mövqeyi əsasdır və İran İslam Respublikasının rəsmilərinin açıqlamaları belədir ki, Nardaranda baş verən hadisələrdə bu ölkənin hər hansı formada iştirakı yoxdur. Əslində dolayısı ilə İran tərəfi də Nardaranda təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiyini bəyan edir.xa0

Amma bütün ölkələrdə siyasi mühit yekcins deyil. Bizim Ermənistan istisna olmaqla, heç bir dövlətlə qarşıdurmamız yoxdur. Qonşularımızla dost münasibətlərimiz var. İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil. İranda bu cür hərəkətləri edənlər, bu təşəbbüsü göstərənlər bu dövlətin Azərbaycanla münasibətlərinə xələl gətirmiş olurlar”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO