Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-ci il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşdu - 6 YARALI VAR
Faktla araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bu gün Biləsuvar rayonunda, köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində ağır yol qəzası qeydə alınıb. Belə ki, yük avtomobilinin sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Elşən Feyzullayev, Bizim.Media