Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var

Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var

Hazırda oxunan: Tovuzda maşın bazara girdi - Ölən və yaralananlar var

109906

Tovuzda ağır yol qəzası baş verib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. 

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO