Yevda Abramov AST Telmanın müflis olmasından danışdı:  “Görüşmüşəm”x9d

Yevda Abramov AST Telmanın müflis olmasından danışdı: “Görüşmüşəm”x9d

Hazırda oxunan: Yevda Abramov AST Telmanın müflis olmasından danışdı: “Görüşmüşəm”x9d

105365
Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılov müflis olub. Milyarderin mülklərinin çoxunu itirdiyi bildirilir.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında Telman İsmayılovla münasibətləri barədə danışıb.  
“Telman İsmayılovla əlaqələrim olduğunu deyə bilmərəm. Onunla axırıncı dəfə 9 il bundan qabaq dünya azərbaycanlılarının qurultayında görüşmüşəm. Cənab prezident də orda idi. O vaxtdan bəri onu görməmişəm”x9d.  

Telman İsmayılovun müflis olması xəbərinə gəlincə, Yevda Abramov bunun iqtisadi böhranla bağlılığını istisna etməyib:  

“Telman İsmayılovun müflis olmasına dünyada gedən iqtisadi böhran səbəb ola bilər. Çoxlu borcu ola bilər. Onunla yaxın təmasın yoxdur ki, dəqiq nəsə deyim.

Telman İsmayılovun biznes coğrafiyasına bələd deyiləm. Onunla şəxsi dostluğum, bir yerdə görüşlərim heç vaxt olmayıb.  

Dünyada  iqtisadi böhran cərəyan edir. Bu böhrandan hamı itkisiz çıxa bilmir. Təkcə Telman İsmayılov deyil ki!.. O qədər müflisləşən biznes adamları, oliqarxlar var. Sadəcə, Telman bizim yerlimizdir. Vaxtilə Azərbaycan vətəndaşı olub. Ona görə də Telman İsmayılovun müflis olması xəbəri bizi yandırır”x9d.  

Telman İsmayılovun Türkiyədəki “Mardan Palace”x9d oteli  “Xalq Bankı”x9d tərəfindən dəyərindən çox aşağı qiymətə alınıb.  

Milyarderin atasının adını daşıyan otelin inşası 1,4 milyard dollara başa gəlmişdi.     
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO