Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus olub

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus olub

Hazırda oxunan: Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus olub

103923

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus"a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO