Bakıda keçirilən Avropa Oyunları ərəfəsində paytaxtdakı geniş tikinti-quruculuq prosesinə cəlb edilən, şəxsi vəsaiti hesabına idman komplekslərinin inşasına milyonlarla manat vəsait sərf edən və nəticədə hakimiyyətdən ona vəd edilən pulu ala bilməyən “MSD-Tikinti Quraşdırma”x9d MMC-nin rəhbəri Azər Kazımovun üzləşdiyi haqsızlıqlardan bəhs etmişdik. Onu da vurğulamışdıq ki, haqqını tələb edən iş adamı bunun qarşılığında ciddi təzyiqə məruz qalmış, bütün daşınmaz əmlakı, bahalı avtomobilləri hakimiyyət tərəfindən qeyri-qanuni şəkildə müsadirə edilmişdir. Bu dəfəki yazımızda A.Kazımovu ölkədən qaçaq salan səbəblərə toxunaraq, bunu zəruri edən amillərə diqqət çəkəcəyik.
xa0
Haqqını tələb edən iş adamı niyə axtarışa verildi?
xa0
Hələ Azərbaycanda ikən haqqını tələb edən və bunun üçün qanuni üsul və vasitələrdən istifadə edən A.Kazımovun bu dirənişi hakimiyyətin xoşuna gəlmir. A.Kazımovun bu hərəkətini “dikbaşlıq”x9d kimi dəyərləndirən və onu geri çəkilməyə vadar etmək üçün təzyiq və təhdid mexanizmindən gen-bol istifadə edən hakimiyyət, bütün cəhdlərinə rəğmən bu istəyinə nail ola bilmir. İş adamının dirəniş və təkidindən qəzəblənən hakimiyyət sonda A.Kazımov problemini birdəfəlik “həll etmək”x9d qərarına gəlir. Bu məqsədlə siyasi hakimiyətin sifarişlərinin icrası üçün əmrə müntəzir vəziyyətdə dayanan hüquq-mühafizə orqanlarından istifadə etməyə qərar verilir. Beləliklə, illər ölkədə örnək sahibkar kimi tanınan, dövlətə hər zaman sədaqətlə xidmət edən “MSD-Tikinti Quraşdırma”x9d MMC-nin rəhbəri A.Kazımov günlərin bir günü polis tərəfindən axtarışa verilir.
Polis A.Kazımov barəsində verilən axtarış qərarını iş adamını milyonlarla manat vəsaiti yeməkdə, inşası başa çatan və bütün əlaqədar qurumlar tərəfindən yoxlanılaraq istifadəyə qəbul edilən obyektləri guya lazımi keyfiyyətdə inşa etməməklə əsaslandırır. İş adamları arasında qısa müddətdə yayılan bu xəbər hər kəs tərəfindən gülüşlə qarşılanır. Çünki yalnız A.Kazımovun yaxın əhatəsi deyil, məlum layihələrdə yer alan digər iş adamları da “MSD-Tikinti Quraşdırma”x9d MMC rəhbərinin dövlətə deyil, dövlətin ona borclu olduğunu bilirdi və odur ki, A.Kazımovla bağlı verilən axtarış qərarının arxasında siyasi sifarişin olduğu hələ o dövrdə kimsə üçün sirr olmadı. Bu siyasi sifarişin əsas səbəblərindən biri də Azər Kazımovun hakimiyyətin yarıtmaz siyasətinə qarşı müxalif mövqedə dayanması, öz sözünü demək bacarığı, bir sözlə özünün və ailəsinin müxalifətçi olduğu idi. Azərbaycan reallığında bir iş adamının hakimiyyətə qarşı müxalif mövqedə dayanması riskli məsələdir. Bunun nəticəsi müflis olunaraq həbsə atılmaqdır. Bu taledən qaçmağın yeganə yolu isə ölkədən qaçmaqdır. Necə ki, Azər Kazımov da ölkədən qaçmaq zorunda qaldı. Əks halda bu gün o da hakimiyyətin siyasi sifarişi əsasında həbs olunaraq məhbus həyatı yaşayan yüzlərdən biri olacaqdı.
xa0
Axtarış qərarı hakimiyyət üçün nəyi dəyişdi?
xa0
A.Kazımovla bağlı verilən axtarış qərarı iş adamının halal haqqı olan milyonların üzərindən sadəcə xətt çəkmədi, həm də digər iş adamlarında qorxu və təlaşa səbəb oldu. Əslində hakimiyyətin bu addımı atmaqda əsas məqsədlərindən biri də məhz bu idi. Hakimiyyət ideoloqları yaxşı başa düşürdü ki, iri iş adamlarına qarşı qəbul ediləcək bu cür addımlar digər sahibkarlrı da qorxudacaq, onların bir çoxu digər əmlaklarını itirməmək, həyatlarının qalan hissəsini həbsxanada keçirməmək üçün dövlətdən onlara çatan pullarını istəməkdən imtina edəcəkdir.
A.Kazımovla bağlı verilən axtarış qərarı hakimiyyətin bu gözləntisini doğruldur. Əmlakı əlindən alınan A.Kazımovun bu azmış kimi axtarışa verilməsi digər sahibkarları öz pullarından “üzüsulu”x9d imtina etməyə vadar edir.
xa0
Azər Kazımov etmədiyi suça görə qaçağa çevrilir
xa0
Hüquq mühafizə orqanlarının həbslə bağlı qərardan sonra ələ keçməmək üçün hər gün bir yaxınının mənzilində gecələyən A.Kazımov, ölkədən qaçmaq haqqında düşünməyə məcbur olur. Bu məqsədlə etibar etdiyi yaxınlarının köməyindən yararlanan A.Kazımov min bir çətinliklə də olsa ölkə sərhədlərini tərk edə bilir.
İllər uzunu bütün dövlət layihələrinin icrasını qüsursuz şəkildə yerinə yetirən A.Kazımov milyonlarını qurban versə də, nəticə etibari ilə özünü, öz azadlığını xilas edə bilir.
Bununla da hakimiyyətin özbaşınalığı nəticəsində daha bir iş adamı öz ölkəsindən qaçaq düşür və yad dövlətlətlərin mərhəmətinə sığınmağa məcbur olur.
Hakimiyyət orqanları Azər Kazımovu ölkədən didərgin salmaqla kifayətlənmir, onun burda olan ailə üzvləri də müxalifətçi mövqelərinə görə hakimiyyət orqanlarının aramsız basqıları ilə üzləşir. Bu basqılar nəticə etibarı ilə bir ailənin öz doğma yurdlarından didərgin düşməsi ilə nəticələnir.
xa0


































































































