Masazırda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

Masazırda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

Hazırda oxunan: Masazırda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

101875

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın nəticəsində ilkin məlumata əsasən hər mərtəbəsi 500kv.m olan üçmərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi binanın mansardasında ümumi sahəsi 500kv.m olan restoranın mətbəx mebeli 3kv.m və dam örtüyü 100kv.m sahədə yanıb.

Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı təhqiqat aparılır.

10:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO