“AST Telman şokdadır, heç kimlə danışmaq istəmir”x9d

“AST Telman şokdadır, heç kimlə danışmaq istəmir”x9d

Hazırda oxunan: “AST Telman şokdadır, heç kimlə danışmaq istəmir”x9d

101505
“Telman Mərdan oğlu İsmayılov baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”x9d.

Moderator.az  xəbər verir ki, bu sözləri Rusiyanın “Vedomosti”x9d nəşrinə iş adamının yaxın çevrəsindəki şəxslərdən biri deyib. AST Telmanın digər tanışları isə nəşrə bildiriblər ki, kreditorlar dünyanın hər yerində ona məxsus əmlakın dondurulmasını tələb edirlər.

Hazırda İsmayılovun və ona məxsus keçmiş şirkətlərinin borcu 586 milyonu keçir, bu isə onun Forbesdə göstərilən sərvəti ilə müqayisə oluna bilər. Nəşr yazır ki, iş adamının ailəsinə məxsus cəmi bir səhm qalıb. Bu, spirtli içki distribüteri olan və ötən il 10,4 milyard rubl gəliri olan “AST interneşnl invaeronment”x9d şirkətidir.

Məlumata görə, iş adamının Türkiyədəki məşhur “Mardan Palace”x9d oteli dekabrın 21-dən martın 1-nə kimi təmirə bağlanacaq. Otel əməkdaşlarından biri isə bildirib ki, “Mardan”x9dın təmirdən sonrakı açılışını yeni sahibi edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO