Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim barəsində araşdırma başlandı - FOTO

Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim barəsində araşdırma başlandı - FOTO

Hazırda oxunan: Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim barəsində araşdırma başlandı - FOTO
100309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

4 ay əvvəl Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirdiyini ictimailəşdirmişdik. Məsələ ilə bağlı Elm və Təhsil Naziliyi, eləcə də müvafiq regional təhsil şöbəsi dini görüşlərini şagirdlər arasında təbliğ edən pedaqoqa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

Müəllim verilmiş cəzadan nəticə çıxarmayıb.

4 ay səssizliyə qapanan Nailə Babayeva yenidən dini görüşlərinin təbliğatı ilə fəaliyyətə başlayıb. Bu dəfə o, dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. "Riyaziyat müəllimləri", "Prezidentə dəstək", "Yevlax məktəb" kimi qruplarda məktəbə, təhsilə aid olmayan mövzuların, konkret olaraq prezidentin Mossad tərəfindən qorunduğunun, sionist olmasının propaqandasını aparır. 

Maraqlıdır, təhlükəli çağırışlarla dövlət maraqlarına əks və zərərli mövqe aşılayan Nailə Babayevanın əməllərinə niyə hüquqi qiymət verilmir? 
 

MÖVZU İLƏ BAĞLI:

Hicablı müəllimin şagirdlərə “mərsiyə” tədris etməsi Təhsil Nazirliyində araşdırılır - ŞOK VİDEO 


Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məsələ barədə araşdırma aparıldığı bildirilib. 

Xatırladaq ki, 4 ay əvvəl Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayeva şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirmişdi.

Yayılan videogörüntülərdə müəllimin hicablı olması, tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkmişdi.

Alçina Amilqızı, Bizim.Media 

Yevlaxda şagirdlərinə “mərsiyə” ifa etdirən müəllim barəsində araşdırma başlandı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO