Əvvəlcə özüm haqda: 16 noyabr 1957-ci ildə Azərbaycan Respublikası Quba rayonunun Susay kəndində anadan olmuşam. Evliyəm, üç övladım var. Ali pedaqoji təhsilliyəm. II qrup Qarabağ Müharibəsi əliliyəm. Ehtiyatda olan kapitanam. “Vətən uğrunda”x9d medalı ilə təltif olunmuşam.xa0
I Qarabağ savaşının fəal iştirakçısı olmuş, erməni əsgərlərinin ağla gəlməyən vəhşiliklərini görmüşəm. Üş yaşında tikə- tikə doğranmış qız uşağı, ağaca sarınaraq diri- diri yandırılan cavan oğlanı, diri- diri torpağa basdırılmış qadın və uşaqları və s.xa0
Hazırda torpaqlarımızın 20 %-ə qədəri işğal altındadır. 28 ildir Ermənistanda, 22 ildir Qarabağda bir nəfər də olsun azərbaycanlı yaşamır, əsirlikdə olan və vətənində girov götürülüb güya həbs edilən Dilqəm və Şahbazdan başqa.
1992-ci ilin noyabrına qədər düşmənin dörd tankını vurmuşdum. Həmin il noyabrın 11-də ermənilər rasiyamıza düşdülər. Mənə bildirdilər ki, Artsax hərbi tribunalının mənim haqqımda ölüm hökmü var. Hökm beləydi: Ayaq nahiyəsindən başlayaraq hər 10 sm-dən bir məni diri- diri doğrayacaqlar. Başımı da Yerevanın ən hündür yerindən asacaqlar.xa0
1992-ci il 26 fevralda baş vermiş Xocalı qətliamında bir gecənin içində 106 qadın, 63 azyaşlı və 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib. 150 nəfərin taleyi məlum deyil. Bunların hamısı müdafiəsiz bir şəhərin dinc əhalisi olub. Bu analoqu olmayan terrordur. Bu terrorun başında Ermənistanın keçmiş rəhbərliyi, Beynəxalq diasporası və şəxsən Serj Sarkisyan durur ki, o indi Ermənistan adlı xristian dövlətinin prezidentidir. Müqayisə üçün deyim ki, İŞİD hələ ki körpə uşaq parçalamayıb, heç kimi də diri- diri elektrik mişarının ağzına verməyib və s.
1993-cü ilin dekabrın 23-də 4 nəfərlik kəşfiyyat dəstəsi ilə erməni tankının səngərinə girdik. Orada İran istehsalı olan qumparalar, Fransa istehsalı olan konservlər və hərbi buşlatlar, Rusiya istehsalı olan tank T-72 və AK-74 avtomat silahları var idi. Bu gün həmin ölkələr terrordan əziyyət çəkir...xa0
1994-cü ilin mayından atəşkəsdir. Əslində ermənilər dünyadan gizlin daha iyrənc formada müharibələrini davam etdirirlər. Silahları, Ermənistanda istehsal olunan radioaktiv- kimyəvi preparatdır. İlk vaxtlar həmin preparatın insanda heç bir əlaməti üzə çıxmır. Sonradan molekulları ionlaşdıraraq orqanizmdə ağır fəsadlar törədir. Həmin preparat ölkəmdə 80-cı illərdən başlayaraq tətbiq olunur. Azərbaycanda qolu və ya qıçı olmayan uşaqlar dünyaya gəlir. Şəkər xəstələri 10, xərçəng xəstələri 8 dəfə normadan çoxdur. Hepatitlər həndəsi silsilə ilə artır. Bu xəstəliklərlə doğulan körpələrimiz var. Hər gün 30 nəfər xərçəng, 14-15 nəfər şəkər xəstəsi əvvəlki xəstələrin sırasına əlavə olunur, cəmi 9 milyon əhalisi olan Azərbaycanda. Bu xəstəliklərə el arasında müstəqillik dövrünün üzə çıxardığı xəstəliklər də deyilir. Bu praparatın təsirinə mən və bütün ailə üzvlərim məruz qalıb...xa0
Keçən əsrin 2-ci yarısında Babayan adlı erməni bir müddət Azərbaycanda Təhsil Nazirinin müavini olub. Onun təşəbbüsü ilə Ermənistanda istehsal olunan radioaktiv- kimyəvi maddələr bütün Azərbaycandilli məktəblərə paylanıb ki, kimya dərslərində istifadə edilsin.xa0
Ermənilərin və onlara nökərçilik edənlərin əsas məqsədləri: Azərbaycanın genefondunu məhv etmək, ölkədə milli münaqişə və qan düşmənçiliyi salaraq onu içəridən dağıtmaq, Suriya və İraqa döndərməkdir.
Cənablar! Hələlik bu radioaktiv preparatın şüaları Azərbaycanı yandırır. Onun şüaları işıq sürəti ilə yayılır. Bizdən sonra növbə sizindir. Artıq 24 ildir olmayan Xocalıya dünyada olmayan ədaləti axtaran Azərbaycan hakimiyyəti işqal altındaki torpağları xalqın, ordunun gücü ilə azad etməyə hazırlaşsa da, bu məsələnin həllində aciz görünür...xa0
Cənablar! Bizimlə aparılan bu kimyəvi müharibə dayandırılmalı, qaldırdığım məsələ ətrafında Azərbaycanda ciddi tədqiqat aparılmalı, bu kimyəvi silahı ölkəmdə yayan şəbəkə ifşa olunmalıdır. Hazırda ölkəmizdə 30 mindən çox ad və soyadını dəyişmiş erməni yaşayır. Serj Sarkisyan və onun komandası Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verməlidir. O zaman həm Azərbaycan, həm də Erməni xalqı rahat yaşayar və düyünə düşmüş Qarabağ məsələsi də öz həllini tapar. İnanıram ki, Serj Sarkisyan öz rəqiblərini həm də bu kimyəvi maddə ilə sıradan çıxarır.xa0
Olmayan kimyəvi silaha görə Səddam asdırıldı. Ölkəmdə faktiki tətbiq olunan kimyəvi silaha görə Serj Sarkisyan niyə cavab verməməlidir? Bunu, Azərbaycan hakimiyyətini gözləmədən Siz etməlisiniz. Bəşəriyyətin gələcəyi naminə.
Dünyadakı və o cümlədən Azərbaycandakı müharibə və bütün terror qurbanlarına Allahdan rəhmət diləyirəm.
Tağıyev Nazif
E mail: [email protected]
xa0


































































































