Göyçay sakini arvadını və özünü güllələdi - TƏFƏRRÜAT

Hazırda oxunan: Göyçay sakini arvadını və özünü güllələdi - TƏFƏRRÜAT

27320

Göyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.

Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən Elnur Cavadov sonra həmin silahla öz çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO