Əmlaklarına həbs qoyulan şəxslərlə bağlı YENİLİK – Qanun DƏYİŞİR
Əmlakı üzərinə həbs qoyulan, lakin təqsirləndirilən şəxs olmayan şəxslərin cinayət prosesində iştirak edən şəxslər kateqoriyasına daxil edilməsi təklif edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin iyun ayının 5-də keçiriləcək növbədənkənar sessiyası çərçivəsində ilk iclasında müzakirəyə çıxarılacaq Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə görə, cinayət prosesində iştirak edən digər şəxslər – hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi, tərcüməçi, habelə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə...