Azərbaycanda yeni SIĞORTA MODELİ – Ödənişlərlə bağlı ŞAD XƏBƏR

Azərbaycanda yeni SIĞORTA MODELİ – Ödənişlərlə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Azərbaycanda yeni SIĞORTA MODELİ – Ödənişlərlə bağlı ŞAD XƏBƏR

616521

2030-cu ilə qədər Azərbaycanda "Açıq sığorta modeli"nin tətbiq edilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK


Sənədə əsasən, bu çərçivədə ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi, sonra isə müvafiq hüquqi bazanın formalaşdırılması və son nəticədə isə sığorta şirkətlərinin azı 50 %-nin açıq sığorta modeli tətbiq etməsi planlaşdırılır.

Həmçinin 2030-cu ilə qədər mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi hədəflənir. İlkin olaraq mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi, eləcə də tənzimləmə və lisenziyalaşdırma üzrə tələblərin müəyyən edilməsi və mikrosığorta modelinin tətbiqinə başlanılması planlaşdırılır.

Bəs, açıq sığorta modeli nədir? Hansı yenilikləri vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, Dövlət Proqramı 2027-2030-cu illəri əhatə edəcək:

“Proqram üçün hazırda araşdırma aparılır, beynəlxalq təcrübə öyrənilir. Proqramın icrası istiqamətində ilk iş maliyyə institutlarının modelinin tətbiqinin qiymətləndirilməsi olacaq. Daha sonra hüquqi bazanın formalaşdırılması və son nəticədə sığorta şirkətlərinin ən azı 50 faizininin "Açıq sığorta modeli"nə keçməsi planlaşdırılır. Bununla paralel mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırılması həyata keçiriləcək.

Proqram aztəminatlı vətəndaşlar üçün yeni imkanlar açacaq.

Belə ki, aztəminatlı insanlar daha az ödəniş etməklə daha çox sığorta xidmətlərindən yararlanacaqlar. Məsələn, bu vaxtadək vətəndaş 200 manat haqq ödəməklə, 10 və yaxud 20 min manatlıq sığorta ödənişinə çıxış əldə edə bilirdisə, bundan sonra sığorta ödənişi xeyli az olacaq.
 

Təbii ki, az sığorta haqqı müqabilində daha az sığorta ödənişi olacaq. Misal üçün 20 manat ödəməklə vətəndaş 2 min manatlıq sığorta ödənişinə çıxış əldə edəcək.


Ümumiyyətlə Dövlət Proqramının layihəsi çox genişdir. Bu proqramın icrası sığorta bazarında böyük dəyişikliklərə yol açacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO