Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər

Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər

Hazırda oxunan: Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər
616764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulmasını istisna etmir və tranzit sahəsində İrəvanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze BTQ-nin yeni dəmir yolu xəttinin açılış mərasimindən sonra bəyan edib.

Onun sözlərinə görə, Tbilisi regionun nəqliyyat və tranzit funksiyasının inkişafı çərçivəsində Ermənistanla əməkdaşlığa böyük önəm verir.
 

"Gürcüstanın birləşdirici funksiyasının inkişafından danışarkən, Ermənistana böyük əhəmiyyət verilir. Biz erməni dostlarımızla əməkdaşlığı və tərəfdaşlığı, o cümlədən tranzit funksiyasının inkişafı istiqamətində maksimum dərəcədə dərinləşdirməyə hazırıq", — deyə Kobaxidze qeyd edib.


Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə mümkün qoşulması barədə suala cavab verərkən Gürcüstan hökumətinin başçısı belə bir variantın mümkün olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO