Türkiyə millisinin DÇ-2026 üçün yekun HEYƏTİ AÇIQLANDI

Türkiyə millisinin DÇ-2026 üçün yekun HEYƏTİ AÇIQLANDI

Hazırda oxunan: Türkiyə millisinin DÇ-2026 üçün yekun HEYƏTİ AÇIQLANDI

616713

Türkiyə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Vinçenzo Montella geniş siyahıdan 9 futbolçunun adını çıxararaq yekun heyəti müəyyənləşdirib.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkerim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın, Zeki Çelik

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Arda Güler, Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün

Bununla yanaşı, Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Yusuf Akçiçek, Mustafa Eskihellaç, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı yekun heyətdən kənarda qalıblar.

Xatırladaq ki, Türkiyə yığması mötəbər turnirin qrup mərhələsində ABŞ, Paraqvay və Avstraliya milliləri ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq ev sahibliyi edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO