Paşinyan Rusiyanın qadağaları haqda: Avropanın bir supermarket şəbəkəsi bütün məhsullarımızı qəbul edə bilər

Paşinyan Rusiyanın qadağaları haqda: Avropanın bir supermarket şəbəkəsi bütün məhsullarımızı qəbul edə bilər

Hazırda oxunan: Paşinyan Rusiyanın qadağaları haqda: Avropanın bir supermarket şəbəkəsi bütün məhsullarımızı qəbul edə bilər

616732

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanın tətbiq etdiyi məhdudiyyətlər ucbatından Rusiyaya ixrac edilə bilinməyən məhsullara görə fermerlərin itkilərini kompensasiya edəcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
 

O dəqiqləşdirib ki, "ixrac üçün ədalətsiz maneələr" yarandığı təqdirdə dəstək və subsidiyalaşdırma proqramları həyata keçiriləcək. Bununla belə, Paşinyan bəzən erməni istehsalçılarının məhsullarının keyfiyyətsiz olduğunu da etiraf edib.


Baş nazirin sözlərinə görə, Ermənistan yeni satış bazarlarının açılması üzərində işləyir və bir neçə biznes nümayəndə heyəti artıq xaricə səfər edib.

Paşinyan qeyd edib ki, Ermənistan məhsullarının həcmi elə də böyük deyil və Avropanın cəmi bir supermarket şəbəkəsi bu həcmin hamısını qəbul edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO