2030-cu ilədək kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı TƏSDİQLƏNDİ – SƏRƏNCAM
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlər barədə təkliflərini hazırlayıb Prezidentinə təqdim etməlidir:
- üç ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə;
- altı ay müddətində Dövlət Proqramının icrası...