Bakıda və digər mərkəzi şəhərlərdə istilik verilişi DAYANDIRILDI
Bu gün ölkənin bəzi ərazilərində, o cümlədən Bakıda payız-qış mövsümü başa çatır. Beləliklə mənzillərə və digər sosial obyektlərə istiliyin verilməsi dayandırılır.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab verən “Azəristiliktəchizat” ASC bildirib ki, respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü başa çatıb:
“Mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilmiş, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.
Hesabat dövründə Cəmiyyət tərəfindən Bakı şəhəri ...