Tramp: “Danışıqlar iki gün ərzində bərpa olunacaq”

Tramp: “Danışıqlar iki gün ərzində bərpa olunacaq”

Hazırda oxunan: Tramp: “Danışıqlar iki gün ərzində bərpa olunacaq”

607122

ABŞ və İran arasında danışıqların yeni mərhələsi yaxın iki gün ərzində baş tuta bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "New York Post"a (NYP) bildirib.

"Siz həqiqətən orada [Pakistanda – red.] qalmalısınız, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər", - deyə Ağ Ev rəhbəri İranla danışıqlara toxunaraq bildirib.
 

ABŞ lideri qeyd edib ki, Pakistanın hərbi rəhbərliyinin, xüsusən də feldmarşal Asim Munirin rolu sayəsində danışıqların Pakistanın paytaxtında davam etdirilməsi daha çox ehtimal olunur:


"Bu, daha inandırıcıdır, bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO