10 mindən çox ABŞ dənizçisi və hərbçisi Hörmüz boğazının blokadasında iştirak edir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"10 000-dən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, eləcə də ondan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan (Hörmüz boğazı vasitəsilə - red.) və oranı tərk edən gəmilərin blokadaya alınması tapşırığını yerinə yetirir.
İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönmək və Oman körfəzindəki İran limanına qayıtmaq göstərişlərinə tabe olub", - paylaşımda qeyd olunub.
Bizim.Media




































































































