"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO
Sentyabrın 21-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə SOCAR və “ART Zone” incəsənət platformasının birgə həyata keçirdiyi “SOCART” layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başl...