IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO
Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumu başa çatıb.
Bizim.Media xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.
İki gün davam edən Forum çərçivəsində təkbətək formatlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlər təşkil olunub.
Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək müasir media mühitində baş verən dəyişikliklər, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları barədə...