Bu şəxslər 60 yaşında pensiyaya çıxacaq – SİYAHI
Məlum olduğu kimi, bu aydan etibarən Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşib. Artıq qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxacaqlar.
Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur:
“Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ...