Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, o, bu barədə özünün "X" sosial media hesabında yazıb.
"TikTok"un Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət departamentinin rəhbəri Diana Ryan, "Linkedin"in Avropa, Yaxın Şərq və Afrika və Latın Amerikası regionları üzrə dövlət sektoru və qeyri-kommersiya təşkilatları ilə satış departamentinin rəhbəri "Seamus Clancy", eləcə də "Dharana Digital" şirkətinin direktor...