Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? - FOTO
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşların hərəkət azadlığının genişləndirilməsi və sürücülük vəsiqələrinin tanınması prosedurlarının qarşılıqlı əsasda asanlaşdırılmasıdır.
Ekspertlərin fikrincə, belə bir addım praktik baxımdan vətəndaşlara xaricdə avtomobil idarə edərkən əlavə imtahan və ya uzunmüddətli prosedurlardan keçmədən sənədlərini dəyişdirmək və ya istifadə etmək imkanı yaradır. Bu isə həm turizm, həm də əmək miqr...