Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı – FOTO
Gürcüstandan Azərbaycana gətirilən dörd baş heyvanda zoonoz xəstəlik aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mayın 5-də "Aqrovest MT" MMC tərəfindən Gürcüstanın "Universal Export" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan kliniki və laborator müayinədən keçirilib.
Nəzarət tədbirləri zamanı dörd baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb.
Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.
Mövcud risklər nəzərə alınaraq heyvanları...