“Hücum vaxtı səfirlik binasında 3 nəfər olub” – Britaniyadakı səfirimiz insidentin detallarını AÇIQLADI  

“Hücum vaxtı səfirlik binasında 3 nəfər olub” – Britaniyadakı səfirimiz insidentin detallarını AÇIQLADI  

Hazırda oxunan: “Hücum vaxtı səfirlik binasında 3 nəfər olub” – Britaniyadakı səfirimiz insidentin detallarını AÇIQLADI  

87680

“İstər diplomatik korpuslarda, istərsə də dövlət qurumlarının əksəriyyətində əməkdaşlar əsasən avqust ayında məzuniyyətə çıxırlar. Əslində, səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov APA-ya müsahibəsində səsləndirib.

O bildirib ki, həmin gün səfirlikdə yalnız 4 nəfər olub:
 

MÖVZU İLƏ BAĞLI:

Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO


“Hücum vaxtı 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaşımız olub”.

Diplomat hadisə baş verən gün Bakıda olduğunu deyib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıblar, radikal dini şüarlar səsləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO